İsrailin nüfuzlu siyasətçiləri işğalçı rejimin Hizbullah lideri Seyid Həsən Nəsrullah qarşısında acizliyini etiraf edir.
“AranNews”-un verdiyi məlumata görə, İsrail Hizbullahı İrandan sonra ikinci düşməni saysa da, hazırda Hizbullah Tel-Əviv üçün strateji təhlükəyə çevrilib. İsrail hərbi ekspertləri hələ də 2006-cı ildə baş vermiş ikinci Livan müharibəsini araşdırır.
Araşdırmalar göstərir ki, İsrail əhalisinin 80 faizi öz hökumətini yox, Seyid Həsən Nəsrullahı iqtidarlı sayır.
Hazırda bütün gücünü Seyid Həsənə qarşı qarayaxma kampaniyasına sərf edən Tel-Əviv Hizbullahın öz raket arsenalı ilə İsrailin varlığını hədələdiyini gözəl anlayıb. /sizinyol.com/