Pakistanın polis qüvvələri son günlərdə Kəraçi şəhərində baş verən çaxnaşmalar və həbslərin davamında, 90-dan çox dini mədrəsəyə hücum edərək bir qrup insanı həbs ediblər.
“irna.ir”-ın verdiyi məlumata görə, bazar ertəsi günü Kəraçi şəhərində polis hücumlarına məruz qalmış dini mədrəsələrin bir hissəsi sünni əhli icmasına, bəziləri də şiələrə aid olubdur. Bu basqınlarda da bir qrup insan polis qüvvələri tərəfindən həbs edilib.
Son günlər Kəraçi şəhərindəki polis və təhlükəsizlik qüvvələri bəzi şilələrə, eləcə də bəzi ifratçı qrupların üzv və rəhbərlərinə qarşı yeni həbslərə başlayıb.
Pakistanın polis və təhlükəsizlik orqanları son günlər həbs olunmuş şəxsləri Kəraçidə məqsədyönlü terrorlarda əllərinin olmasında ittiham edirlər.
Belə bir halda, bazar ertəsi günü Kəraçi şəhərinin müxtəlif məntəqələrində bu şəhərin tanınmış şiə şəxsiyyətlərindən bir neçəsinin həbs olunmasına qarşı etiraz aksiyaları keçirilib. Bu aksiyaların bəziləri polislə toqquşma ilə nəticələnib. Polis qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.
Qeyd edək ki, son bir müddətdə Kəraçi şəhəri məqsədyönlü terrorların, orada yaşayan şiələrə qarşı antitəbliğatların şahidi olubdur.