neft qiymətlərindəki geriləmə səbəbindən iqtisadi tədbirlər görməyi davam etdirən Ərəbistanının 266 milyard 600 milyon dollar dəyərində bir çox layihəni dayandırdığı bildirilib.
Qlobal bazarlarda neft qiymətlərindəki geriləmə səbəbindən iqtisadi tədbirlər görməyi davam etdirən Səudiyyə Ərəbistanının 266 milyard 600 milyon dollar dəyərində bir çox layihəni dayandırdığı bildirilib.
“AranNews”-un verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, İqtisadi İşlər və İnkişaf Şurasının sədri vəliəhd şahzadə Məhəmməd ibn Salmanın rəhbərliyi ilə iqtisadiyyat və inkişaf sahəsində bəzi məsələlərin müzakirə olunduğu iclas keçirilib. İclasda 266 milyard 600 milyon dollar dəyərində çox sayda layihə müqaviləsinin dayandırılmasına qərar verilib. Dayandırılan layihələrin məzmununa dair ətraflı məlumat verilməyib. /Eastnews.org/