Tarix : 2016 Nov 09
Kod 50706

Londonda keçirilən beynəlxalq sərgidə Azərbaycana qarşı TƏXRİBAT

Ermənistan pavilyonunda azərbaycanın işğal olunmuş torpaqlarında qalan tarixi abidələrin marşrutları təqdim olunub.
Arannews - Londonda “WTM-216” beynəlxalq sərgisi öz işinə davam edir.
Sərgidə Ermənistanı və işğal altındakı Dağlıq Qarabağ ərazisini təmsil edən 3 şirkətdə iştirak edir. Ermənistanın İnkişaf Fondunun rəhbəri Karen Mkrtçyan sərgidə Qarabağ ərazisinin də beynəlxalq turizm marşrutu üçün təqdim edildiyin bildirib.
 “London sərgisi dünyanın 180 ölkəsindən olan turizm şirkətlərinə, agentlərə və ziyarətçilərə Ermənistanın və Qarabağın turizm potensialını dəyərləndirməyə imkan verəcək”. Ermənistan pavilyonunda işğal altındakı torpaqlarda qalan tarixi abidələrin marşrutları təqdim olunub.
Qeyd edək ki, noyabrın11-nə qədər davam edəcək London beynəlxalq turizm sərgisi hər il 180 ölkədən 5 min turizm şirkəti və 50 min ziyarətçi cəlb edir.


  • Yazılıb
  • da (də) 2016 Nov 09
  • Göndərən مدير سايت Aran News