Tarix : 2016 Nov 09
Kod 50707

Məhbus İslamçılar ağır işgəncələrə məruz qalırlar

"Nardaran işi" müttəhimləri təcridxanalarda yalan ifadə vermədiklərinə görə işgəncələrə məruz qalırlar.
Arannews - "Nardaran işi" məhbuslarından biri ağır işgəncələrə məruz qalaraq yalan ifadə verməyə məcbur edildiyini deyib.
"Nardaran işi"nin məhbuslarından olan Mötəbər Babayev deyib: Kürdəxanı həbsxanasında işgəncələrin ağırlığı üzündən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəyə qarşı  yalan ifadə verməyə məcbur olub. 
M.Babayev deyib: Kürdəxanı həbsxanasının rəisinin israrı ilə və həbsxana məmurlarının ağır işgəncələri nəticəsində yalan ifadə verməyə məcbur edildim və "Nardaran işi"nin uzanmasının səbəbi də elə budur. 
Bu məhbus deyib: İşgəncədən öncə həbsxana rəisi yalan ifadə verərsəm cəzamın azalacağına söz vermişdi. 
Qeyd edək ki, "Nardaran işi"nə baxılması prosesində cümə günü şəhadət vermək üçün məhkəməyə gələn 8 Nardaran sakini həbs edilib. 
"Nardaran işi" müttəhimlərinini vəkili Yalçın İmanov da təcridxanalarda müttəhimlərin yalan ifadə vermədiklərinə görə işgəncələrə məruz qaldıqlarını demişdi. 
Azərbaycan Respublikası təhlükəsizlik qüvvələrinin 26 noyabrda Nardaran məscidinə hücumları zamanı Müsəlman Birliyi Hərəkətinin sədri Tale Bağırzadə və onlarla islamçı həbs edildi. Onların işi "Nardaran işi" adlanır.


  • Yazılıb
  • da (də) 2016 Nov 09
  • Göndərən مدير سايت Aran News