Rusiya Ermənistan ordusunun komandanlığını da birbaşa özü edəcək.
Arannews - Rusiya və Ermənistan Cənubi Qafqazda ordularını birləşdirir. Rusiya və Ermənistan Qafqazda kollektiv təhlükəsizlik zonası cərçivəsində ordularını birləşdirəcək.
Rusiya Prezidenti Vladimir Putinə təqdim olunan layihədə birgə ordunun Qafqaz bölgəsində tərəflərin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaradılacağı qeyd olunub.
Müqavilənin 5 il müddətinə imzalandığı və tərəflərin müddəti artırmaq ehtimallarının da olduğu vurğulanıb. Birgə ordunun əsas məqsədinin bu iki ölkədən birinə silahlı hücum olarsa, bunun qarşısının alınması olacağı bildirilib. Bu orduya Ermənistanın Ali Baş Komandanının komandanlıq edəcəyi, ancaq bütün addımları Rusiya Ali Baş Komandanı ilə məsləhətləşəcəyi qeyd edilib. Başqa sözlə desək, artıq Rusiya Ermənistan ordusunun komandanlığını da birbaşa özü edəcək.