Arannews- İran və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə İran İslam Respublikası Azərbaycan Respublikasında xəstəxana inşa etdirəcək.
Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə açıqlamasında deyib.
Səfirin sözlərinə görə, xəstəxana Azərbaycan və İran prezidentlərinin təşəbbüsü ilə tikiləcək.
C.Cahangirzadə qeyd edib ki, iki həftə sonra Azərbaycan-İran birgə əczaçılıq zavodunun təməlqoyma mərasimi keçiriləcək.