bu karvanlarda ümumilikdə 600 nəfər zəvvar Kərbəlaya gedib.
Arannews- Səfər ayının əvvəlindən indiyədək Azərbaycan, Rusiya və Gürcüstan vətəndaşlarından ibarət 12 karvan Astara sərhədindən keçərək Kərbəlaya Ərbəin ziyarətinə gediblər.
bu sözləri İranın Astara şəhər meriyasının Ərbəin ziyarəti üzrə təbliğat mərkəzinin rəsmisi Fərid Əkbəri jurnalistlərə deyib.
F.Əkbəri deyib ki, bu karvanlarda ümumilikdə 600 nəfər zəvvar Kərbəlaya gedib. "Zəvvarlar Astarada İmamzadə Qasim və İmamzadə İbrahim ziyarətgahlarında məskunlaşdırlıb və daha sonra Kərbəlaya getmək üçün İran-İraq sərhədinə göndərilib".