Tarix : 2016 Nov 12
Kod 50713

Azərbaycan, Rusiya və Gürcüstan vətəndaşlarından ibarət 12 karvan Ərbəin ziyarətinə gediblər

bu karvanlarda ümumilikdə 600 nəfər zəvvar Kərbəlaya gedib.
Arannews- Səfər ayının əvvəlindən indiyədək Azərbaycan, Rusiya və Gürcüstan vətəndaşlarından ibarət 12 karvan Astara sərhədindən keçərək Kərbəlaya Ərbəin ziyarətinə gediblər. 
bu sözləri İranın Astara şəhər meriyasının Ərbəin ziyarəti üzrə təbliğat mərkəzinin rəsmisi  Fərid Əkbəri jurnalistlərə deyib.  
F.Əkbəri deyib ki, bu karvanlarda ümumilikdə 600 nəfər zəvvar Kərbəlaya gedib. "Zəvvarlar Astarada  İmamzadə Qasim və İmamzadə İbrahim ziyarətgahlarında məskunlaşdırlıb və daha sonra Kərbəlaya getmək üçün İran-İraq sərhədinə göndərilib".


  • Yazılıb
  • da (də) 2016 Nov 12
  • Göndərən مدير سايت Aran News