Səlahəddin Demirtaş və Figen Yüksekdağla bərabər bir sıra millət vəkillərinin həbs edilməsindən sonra partiyanın Məclis qrup müşavirlərinin də saxlanılmasına başlanılıb.
Arannews- Türkiyə-nin HDP (Xalqların Demokratik Partiyası) partiyasının sədr əvəzləri Səlahəddin Demirtaş və Figen Yüksekdağla bərabər bir sıra millət vəkillərinin həbs edilməsindən sonra partiyanın Məclis qrup müşavirlərinin də saxlanılmasına başlanılıb.
Türkiyə polisləri səhər saatlarında HDP-nin sədr əvəzi Figen Yüksekdağın müşaviri Olcay Çelikin evinə basqın təşkil edib. 6 qrup müşaviri haqqında saxlanılma qərarının olduğu öyrənilib.
Saxlanılan partiya üzvlərinin bəzilərinin adları: Olcay Çelik, Murad Gökdağ və Muhammed Kaya.