Tarix : 2016 Nov 12
Kod 50715

Türkiyə Ermənistana yardım göndərib

Türkiyədən Ermənistana 50 milyon dollar dəyərində yardım daxil olub.
Arannews- 2015-ci ildə Türkiyə Ermənistana yardım göndərib.
bu barədə Ermənistanın "Johovurd" nəşri məlumat yayıb.
Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə, 2015-ci ildə Türkiyədən ölkəyə 50 milyon dollar dəyərində 5 min ton yardım daxil olub.
Qəzetin araşdırması zamanı məlum olub ki, Ermənistan Türkiyədən yardım alaraq kauçuk, plastmas, rezin və bu kimi məhsullar alıb.
Bu arada Ermənistan hökuməti qəzetin sorğusuna cavab olaraq Türkiyədən yardım alınması məsələsini tamamilə inkar edib. Rəsmi İrəvan Türkiyədən hansı məqsədlə yüklərin ölkəyə gətirilməsi məsələsinə aydınlıq gətirə bilməyib.


  • Yazılıb
  • da (də) 2016 Nov 12
  • Göndərən مدير سايت Aran News