Birləşmiş Millətlər Təşkilatı, Suriyadakı müharibənin 5 illik ziyanının 259 milyard dollar olduğunu açıqlayıb.
“AranNews” xəbər verir ki, Mərkəzi Livanın paytaxtı Beyrutda yerləşən BMT Qərbi Asiya İqtisadi və Sosial Komissiyası (ESCWA) tərəfindən hazırlanan araşdırmaya görə, Suriyada 2011-ci ildə başlayan daxili qarşıdurmalar zamanı ölkəyə 5 il əzrində 259 milyard dollara ziyan dəyib.
Araşdırmada həmçinin Yaxın Şərq və Şimali Afrikada 2011-ci ildə bəri davam edən qeyri-stabil vəziyyətin bu ölkələrə 600 milyard dollar ziyan vurduğu qeyd olunub.