İraqın “Sədr” hərəkatının lideri Müqtəda Sədr ABŞ-ın yeni prezidenti Donald Tramp barədə düşüncələrini dilə gətirib.
“AranNews”, Sumarianews-a istinadən xəbər verir ki, Dünən çıxış edən Sədr Trampı “qumarbaz tacir” adlandıraraq belə əlavə edib: “ABŞ-ın 45-ci prezidentinin xarici siyasəti öz sələfindən fərqli olmayacaq. ABŞ-ın siyasəti prezident seçimi ilə dəyişilmir. Möminlər və zülmə məruz qalanlar bu şəxsə ümid bəsləməməlidirlər.
Onlar islamla əbədi olaraq düşmən olacaqlarını elan ediblər, xüsusən də Tramp. Bu qumarbaz tacir müsəlmanlar və islam əleyhinə çıxışlar edir və ifratçı qruplarla həqiqi islam arasında fərq qoymur.
ABŞ xalqı da bu şəxsin ifratçılığının təsirinə düşməməli və onun nüfuzunun artmasına izn verməməlidir. ABŞ əgər bu siyasətinə davam edərsə, biz heç vaxt sakit qalmayacaq və müqavimətimizə davam edəcəyik.”