Son günlər Almaniyada olan Akın Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb.
Türkiyənin “Cümhuriyet” qəzetinin baş direktoru Akın Atalay tutulub.
“AranNews”, "Haber-7"yə istinadən xəbər verir ki, son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdan zaman İstanbulun hava limanında saxlanılıb.
Polis onun hava limanını tərk etməsinə imkan verməyib.
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Mətbu orqanın tutulan 13 yazarı və əməkdaşından 9-u barədə həbs qətimkan tədbiri seçilib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı" - “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) - “Report” ) terrorçu qruplaşmalarına üzv olmaqda, əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ittiham olunurlar.
"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.