Tarix : 2016 Nov 13
Kod 50726

Ermənistan Ordusu Dağlıq Qarabağda İtki Verib

Erməni tərəfinin iddiasına görə, əsgər naməlum şəraitdə öldürülüb.
Arannews- Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.
noyabrın 13-də, saat 02:15 radələrində Qarabağın cənub istiqamətində yerləşən düşmən hərbi hissələrindən birində olan 1995-ci il təvəllüdlü əsgər Vardan Hovhannes Arakelyan ölüb. Onun avtomatdan açılan güllə yarasından öldüyü bildirilir.
Erməni tərəfinin iddiasına görə, əsgər naməlum şəraitdə öldürülüb. 
Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.


  • Yazılıb
  • da (də) 2016 Nov 13
  • Göndərən مدير سايت Aran News