Arannews- Türkiyə XİN-i Amerikaya səfər etməyi planlaşdıran vətəndaşlarını ABŞ-da prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları ilə bağlı mümkün risklər barədə xəbərdarlıq edib.   bu barədə Türkiyə XİN-nin məlumatında bildirilir.  
Məlumatda aksiyalar zamanı iğtişaşların, zorakılıq hallarının baş verdiyi qeyd olunub: “Etirazçılar vaxtaşırı polislə münaqişəyə girir, onlardan bir neçəsi saxlanılıb. Portlenddəki etiraz aksiyası  polis tərəfindən qiyam kimi qiymətləndirilib. Həmçinin əcnəbilərə hücum halları qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Bununla bağlı Türkiyə XİN-i vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə  edib.