“AranNews”-un verdiyi məlumata görə, İşdən çıxarılanlar arasında xarici işlər naziri Səlahəddin Rabbani də var.
XİN başçısı ilə barəbər ictimai əhəmiyyətli obyektlər üzrə nazir və əhalinin sosial təminatı naziri də vəzifədən azad olunublar.
Məlumata görə, həmin nazirlər dövlət büdcəsindən rəhbərlik etdikləri qurumlara ayrılan vəsaiti vaxtında və səmərəli formada xərcləyə bilməməkdə ittiham olunurlar. İşdən çıxarılan üç nazirin yerinə təyin olunacaq şəxslərin siyahısı Əfqanıstan prezidentinə təqdim olunub. /Report/