Türkiyənin baş naziri Binəli Yıldırım son çıxışlarından birində konstitusiyada dəyişikliklərdən danışıb.
“AranNews”-un verdiyi məlumata görə, Baş nazir deyib: Konstitusiyada dəyişikliklərlə xainlərin mərkəzlərinə son zərbəni endirəcəyik.
Türkiyə demokratiyasında bu mərkəzlərə yer qalmayacaq. Konstitusiya layihəsi üzərində son mərhələ iş aparılır. Layihə parlamentə təqdim ediləcək. Son qərar parlamentindir.
Edam konstitusiya ilə müəyyənləşir. Konstitusiya da razılaşma ilə ərsəyə gəlir. Avropanın təyin etdiyi qırmızı xətləri tanımırıq. Qırmızı xətti xalqımız təyin edir. Xalq ölüm hökmünü istəyirsə, artıq sözə ehtiyac yoxdur! /SizinYol.com/