Tarix : 2016 Nov 13
Kod 50731

Minsk məscidi 54 ildən sonra ibadətə açıldı

Belarusun paytaxtı Minskdə 54 il əvvəl Sovet rejimi tərəfindən dağıdılan Minsk məscidi Türkiyənin köməyi ilə yenidən inşa edilib.


AranNews”-nin verdiyi məlumata görə, Təxminən 100 min müsəlmanın yaşadığı Belarusda 1890-cu ildə inşa edilən, ancaq SSRİ dövründə yerinə otel etmək üçün sökülən Minsk məscidi Türkiyə Dəyanət Vəqfi tərəfindən əslinə uyğun olaraq tikilib. İnşasına 2014-cü ildə başlanan məscidin açılışı 11 noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, dəyanət işləri sədri professor doktor Mehmet Görməz və Avrasiya regionundan dini nümayəndələrin iştirakı ilə keçiriləcək. /Eastnews.org/

  • Yazılıb
  • da (də) 2016 Nov 13
  • Göndərən مدير سايت Aran News