Belarusun paytaxtı Minskdə 54 il əvvəl Sovet rejimi tərəfindən dağıdılan Minsk məscidi Türkiyənin köməyi ilə yenidən inşa edilib.
“AranNews”-nin verdiyi məlumata görə, Təxminən 100 min müsəlmanın yaşadığı Belarusda 1890-cu ildə inşa edilən, ancaq SSRİ dövründə yerinə otel etmək üçün sökülən Minsk məscidi Türkiyə Dəyanət Vəqfi tərəfindən əslinə uyğun olaraq tikilib. İnşasına 2014-cü ildə başlanan məscidin açılışı 11 noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, dəyanət işləri sədri professor doktor Mehmet Görməz və Avrasiya regionundan dini nümayəndələrin iştirakı ilə keçiriləcək. /Eastnews.org/