Bir neçə gün bundan əvvəl sürpriz şəkildə ABŞ prezidenti seçilməklə dünyanın heyrətinə səbəb olan Donald Trampla bağlı daha bir maraqlı faktın üstü açılıb.
“AranNews”-nin verdiyi məlumata görə, Tramp 2009-cu ildə Nyu-Yorka rəsmi səfərə gələn sabiq Liviya lideri Muəmmar Qəddafidən xeyli pul alıb. O zaman hələ prezident olmayan Tramp da məsələyə münasibət bildirərkən, “Qəddafidən pul qazanan yeganə adamam”, deyərək faktı təsdiqləmişdi.
Qeyd edək ki, Qəddafi 2009-cu ildə beynəlxalq forumda iştirak etmək üçün Nyu-Yorka gələn zaman onun şəxsi çadırının və çoxsaylı mühafizə-müşahidəçi heyətinin qaldığı ərazi Trampa məxsus imiş və multi-milyoner həmin ərazini ona müvəqqəti icarəyə verib. Müəyyən səbəbdən Qəddafi orada qalası olmasa da, əvvəlcədən icarəyə görə külli-miqdarda pul ödəyib. Tramp bu faktı təsdiqləyərək, Qəddafinin həmin əraziyə görə sərvət ödədiyini deyib.
CBS telekanalında Tramp əhmin hadisəni bu cür şərh edib:
“Mən Qəddafidən pul qazanan yeganə adamım. Xatirinizdədirsə, Qəddafi ölkəyə gələndə mənimlə müqavilə bağlamaq məcburiyyətində idi. Çünki qalacaq bir yerə ehtiyacı vardı. Mənə sərvət ödədi və orada demək olar ki, qalmadı. O hadisə sanki zarafat kimi idi”. /Faktinfo.az/