Səudiyyə rejiminin Yəmənə qarşı cinayətlərinin artaraq davam etməsi Səudiyyə rejiminin silah ehtiyacını təmin edən bəzi Avropa ölkələri üzərindəki təzyiqini də artırmasına səbəb olub.
“Parstoday” xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı məsələ ilə bağlı İspaniya kralı 6-ci Filipin Səudiyyəyə səfəri ərəfəsində müraciət ünvanlayaraq, Yəmən müharibəsini davam etdirmək və dinc əhalini qətliam etmək məsələsində israrlı olan Səudiyyə rejiminə silah satmaqdan çəkinməsini tələb edib.
Səudiyyə rejimi İspaniya kralı 6-cı Filipin edəcəyi ilk rəsmi səfəri zamanı 5 ədəd İspaniyanın Navantia gəmi şirkətin istehsal etdiyi korvetlərlə üçün saziş imzalamağı planlaşdırır. 2 milyard dollarlıq müqavilə yeni bir dəniz bazası tikintisini də özündə əks etdirir.
Guaiquer tipli (Avante 2200 Combatant) patrul gəmiləri kimidir, 98,5 metr uzunluğunda və 2 min 450 tonluq gövdəyə malikdir.
Digər tərəfdən, İtaliyada müxalifət partiyaları Səudiyyə Ərəbistanıyla silah alveri məsələsində məhkəmə araşdırmasının açılmasını tələb etmişdilər. İtalyada Nümayəndələr Palatası və Senatının xarici və müdafiə komissiyalarında olan "Beş Ulduz" hərəkatının deputatları noyabrın 11-də mövzu ilə bağlı ərizə hazırlanmışdı. Ərizədə İtaliya hökumətinin Səudiyyə Ərəbistanına silah satışıyla bağlı iddialar barəsində istintaqın başladılması istənilmişdir.