İran və Rusiya arasında yaxşı əlaqələr mövcuddur və dünya və regionun hazırkı həssas şərayitini nəzərə alaraq bu əlaqələr böyük əhəmiyyət kəsb edir.
Arannews- İranın İslami Şura Məclisi və Rusiya Federasiya Şurasının sədrləri iki ölkənin qarşılıqlı əlaqələrin genişləndirilməsi və terrorizm kimi regional böhranlara son qoyulması üçün əzmkar olduğunu bildiriblər.
İranın islami şura məclisinin sədri Əli Laricani dünən Tehranda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə qarşılıqlı əlaqələr, önəmli regional və beynəlxalq məsələləri müzakirə edib.
İran parlamentinin müştərək mətbuat konfransında İran və Rusiya əlaqələrinin xüsusiylə son illərdə yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu bildirərək deyib: İran İslan Respublikası regionda terrorizm ilə bübarizə sahəsində Rusiya ilə əməkdaşlıqlarını davam etdirəcək.
Mətbuat konfransında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da deyib: İran və Rusiya parlamentləri arasında yaxşı əlaqələr mövcuddur və dünya və regionun hazırkı həssas şərayitini nəzərə alaraq bu əlaqələr böyük əhəmiyyət kəsb edir.
Rusiya Federasiya Şurasının sədri dünən gün ortadan sonra bir parlament heyətinə başçılıq edərək Tehrana daxil olub.
Valentina Matviyenko Tehrana iki günlük səfərində İran rəsmiləri ilə müzakirələrdə məqsədinin iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi, orta şərqdə xüsusiylə Suriyaya qarşı terrorizm ilə mübarizə üçün inteqrasiyanın artırılması olduğunu deyib.