ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp "CBS" telekanalının "60 dəqiqə" proqramının qonağı olub.
“AranNews” xəbər verir ki, Donald Tramp vəzifəsini icra etməyə başladığı gündən dərhal qeyri-qanuni iki və ya üç milyon sənədsiz immiqrantların hamısını ölkədən deportasiya edəcəyini bildirib.
O, televiziyaya verdiyi müsahibədə deyib ki, immiqrantlarla bağlı seçki kampaniyası zamanı elan etdiyi sərt təkliflərini olduğu kimi icra etməkdə qərarlıdır. Eyni zamanda ABŞ və Meksika arasında divarın da hörülməsində təkid edəcəyini bildirib.
"Biz cinayət işləmiş, banda üzvləri, narkotik dəstə üzvü olan bütün immiqrantları deportasiya edəcəyik. Bu rəqəm iki və ya üç milyona çata bilər. Onlar bizim ölkədə qeyri-qanuni məskunlaşıb və biz onları ölkədən çıxaracağıq", - deyə "60 Dəqiqə" proqramında Tramp elan edib. /Musavat.com/