Rusiyanın payxtı Moskvada müsəlmanlar üçün nəzərdə tutulan xüsusi smartfon təqdim olunub.
“AranNews” xəbər verir ki, BQ-5071 Belief adlanan bu telefon müxtəlif ölkələrdə namazın vaxtını və qibləni düzgün tənzimləyərək, azan verir.
Eyni zamanda smartfon sahibinə yaxınlıqda olan məscidlərə, halal restoranlarla, kafelərə yol göstərə bilir.
Bunula yanaşı həmin smartfonları Qurani-Kərim kitabı həm səsli, həm də yazılı formada yazılıb.
Telefonun üzərində Ərəb üslubunda rəqəmlər yazılıb, cihazın qapağı, və ekran qoruyucuları bir sıra islami şəkillərlə bəzədilib. Telefon görünüşündə də müsəlman auditoriya üçün nəzərdə tutulduğunu nümayiş etidir. /islam.ru/