Tarix : 2016 Nov 14
Kod 50738

BMT-nin Suriya üzrə xüsusi elçisi İrana səfər edib

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Tehrana səfər edib.

AranNews”-un Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində de Mistura İran rəsmiləri ilə Hələbdəki vəziyyəti müzakirə edib.
Eyni zamanda, BMT-nin Suriya üzrə xüsusi elçisi Suriya böhranının siyasi yolla həllinə dair məsləhətləşmələr aparıb.
BMT-nin yaydığı açıqlamada bildirilir ki, Staffan de Mistura atəşkəsə nail olunması, hava zərbələrinin dayandırılması, əhaliyə humanitar yardımın maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb.
  • Yazılıb
  • da (də) 2016 Nov 14
  • Göndərən مدير سايت Aran News