FETÖ lideri Fətullah Gülənin ABŞ-dakı evinin yaxınlığında bir plokat Türkiyə mediasının gündəminə düşüb.
“AranNews”-un verdiyi məlumata görə, Belə ki, plokatın üstündə "Tramp, sənin üçün gəlir; FETO Gülən" sözləri diqqət çəkir. Türkiyə mediasına plokatda "FETO" kəlməsinin yazılmasını Fətullah Güləni terror qruplaşması lideri kimi qəbul edilməsinə və Trampın prezidentliyindən sonra bu qruplaşma üçün çətin olacağı mənasını verdiyini bildirib.
Qeyd edək ki, Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş sözcüsü general Maykl Flin Gülənlə bağlı yazılarının birində sərt fikirlər səsləndirmiş. Fətullah Güləni "maskalı terror qaynağı" olaraq qeyd etmişdi." /ahlibeyt.ge/