Avropa Parlamentinin sədri: "AB-də Türkiyəyə qarşı hansı iqtisadi sanksiyaları tətbiq edəcəyimiz barədə düşünməyimiz lazımdır".
Arannews- Avropa Birliyi müxalifət fəalları, müxalifət deputatları və və jurnalistlərin həbs edilməsinə görə Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fikirləşməlidir.bunu Avropa Parlamentinin sədri Martin Şults deyib.
“Avropa Birliyində Türkiyəyə qarşı hansı iqtisadi sanksiyaları tətbiq edəcəyimiz barədə düşünməyimiz lazımdır. Bu ilin sonunda Türkiyənin də daxil olduğu Gömrük Birliyində islahatlar aparılmalıdır”, - Şults bildirib.