İsrail işğal altındakı Fələstin torpaqlarında azan verilməsini qadağan edən qərarı təsdiq edib.
“Pars Today”-in verdiyi xəbərə görə, Azanının yəhudiləri narahat etdiyidən dolayı qadağan olunduğu bildirilib.
HƏMAS və Knessetdəki ərəb deputatlar İsraildə "səs-küyə səbəb olduğu" iddiasıyla məscidlərdən səsucaldanla azan oxunmasının qadağan olunmasını nəzərdə tutan qanun layihəsinə reaksiya göstərib.
Layihənin qanunvericilik komissiyasında təsdiq edilərək İsrail parlamentinə göndərilməsindən sonra HƏMAS-dan verilən yazılı açıqlamada "təhlükəli" olaraq xarakterizə edilən qanun layihəsinin İsrail rəhbərliyi tərəfindən təsdiq olunmasına qarşı xəbərdarlıq edilib. Açıqlamada "Azanın qadağan edilməsi müsəlmanların dini hisslərini təxribata sövq etməklə bərabər ibadətlərə və dini simvollara qarşı qəbuledilməz bir müdaxilədir", - sözlərinə yer verilib.
Qüds Ali İslami Nümayəndə Heyətinin rəhbəri və “Əqsa” məscidi imamı Şeyx İkrimə Səbri cümə xütbəsində İsrailin Qüdsdə azanları azaltmağa yönəlik səylərinə diqqət çəkərək, İsrail parlamentinin azan məsələsini bazar günü baş assambleyada müzakirə etməyə hazırlaşdığını xatırladıb Şeyx Səbri "Daha əvvəl də dedik, əsl səs-küyü siz və sizin hərbi təyyarələr, tanklar və evlərimizi sökməyə gələn buldozerləriniz çıxarır. Yenə deyirik ki, hər kim azandan narahat olursa, bu diyardan rədd olsun", - deyə bildirib.
İsrail Baş naziri Binyamin Netanyahu dünən verdiyi yazılı açıqlamada "səs-küy edərək insanları narahat etdiyi" iddiasıyla azanının qadağan olunmasını nəzərdə tutan qanunu dəstəklədiyini bildirmişdi.