Tarix : 2016 Nov 16
Kod 50752

Səud rejiminin Yəməndəki cinayətlərinin qanlı statistikası

Legal Center for Rights and Development (LCRD) adlı təşkilatın yayımladığı hesabata əsasən Səud rejiminin Yəməndə apardığı müharibənin 600 günü tamam olub.
AranNews” xəbər verir ki, İndiyə kimi ölən və yaralananların sayı 30 mini keçib. LCRD- nin hesabatına əsasən indiyə bu müharibə öldürülən yəmənlinin sayı 11 min 403 nəfər olub. 19 min 343 nəfər isə yaralanıb. 
Həmçinin hesabatda 2458 uşağın öldüyü və 2253 nəfərinin isə yaralandığı vurğulanıb. Bundan əlavə Səud hücumları zamanı 1811 qadın ölüb, 1906 qadın isə yaralanıb. 
Hesabatda 380 min evin, 675 məscidin, 719 məktəbin, 108 universitetin, 1553 dövlət binasının, 263 xəstəxananın, 20 media orqanının, 2002 turizm mərkəzinin, 254 fabrikin, 179 quşçuluq və heyvandarlıq fermasının, 201 tarixi əsərin və 100 idman mərkəzinin dağıdıldığı  bildirilib. /islaminsesi/
  • Yazılıb
  • da (də) 2016 Nov 16
  • Göndərən مدير سايت Aran News