Tarix : 2016 Nov 16
Kod 50753

Azərbaycanda bahalaşma

nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,4 faiz artıb.
Arannews- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.
Komitənin məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 49223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalması olub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,8 faiz, əmtəəlik qaz hasilatı isə 5,0 faiz azalıb.
2016-cı ilin yanvar-oktyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,4 faiz artıb.
2016-cı ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 490,5 manat təşkil edib.
2016-cı ilin oktyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16785,1 milyon manat təşkil edib, onun 13173,7 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il oktyabr ayının 1-i ilə müqayisədə 12,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il oktyabr ayının 1-nə 7813,9 milyon manat təşkil edib.


  • Yazılıb
  • da (də) 2016 Nov 16
  • Göndərən مدير سايت Aran News