Tarix : 2016 Nov 16
Kod 50755

Azərbaycanlı İŞİD-çilərə 74 il həbs cəzasi

Azərbaycanlı İŞİD-çilər 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Arannews- Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının tərkibində döyüşməkdə təqsirləndirilən Yeddi azərbaycanlıya cinayət işi üzrə məhkəməsi keçirilib. 
hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən onlar cəmində 74 il azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. 
Bu şəxslər 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı terror təşkilatlarının, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.


  • Yazılıb
  • da (də) 2016 Nov 16
  • Göndərən مدير سايت Aran News