Tarix : 2016 Nov 16
Kod 50756

İran Rusiya ilə viza rejiminin ləğv olunmasını dəstəkləyir

bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran Prezidenti ilə görüşdən sonra deyib.
Arannews- İran Prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib.
bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran Prezidenti ilə görüşdən sonra deyib.
V.Matviyenko H.Ruhanidən sitat gətirərək bildirib: "Artıq ilk addım atılıb, hər iki tərəfdən turistlərin sayı artıb. Biz bu rejimin daha da sadələşdirilməsinə, mərhələli şəkildə vizasız rejimə keçməyə hazırıq".
Ötən gün V.Matviyenko bu barədə iki ölkənin konsul xidmətləri arasında məsləhətşəmələrin davam etdiyini demişdi.
Xatırladaq ki, 2015-ci ildə Rusiya və İran arasında viza rejiminin sadələşdirilməsi haqqında razılıq əldə olunmuşdu.


  • Yazılıb
  • da (də) 2016 Nov 16
  • Göndərən مدير سايت Aran News