Bu, sadəcə, utancdır.
Arannews- “Əlillərə verilən 55 manat müavinət utancvericidir”.
bu sözləri millət vəkili Aytən Mustafayeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçirilən iclasında deyib.
O bildirib ki, əlil ona verilən 55 manatlıq müavinətlə necə yaşaya bilər?: “Bu, sadəcə, utancdır. Ona görə də bu məsələyə mütləq baxmaq lazımdır. 55 manatla necə yaşamaq olar? Bu vəsaitlə kommunal, dərman xəclərini ödəsin, yoxsa dolansın. Ona görə də, büdcədə bu vəsaitlərin artırılması lazımdır”.
Komitə sədri Hadi Rəcəbli qeyd edib ki, komitənin toxunduğu bəzi məsələlər bəzən qıcıq yaradır: “Ona görə də bu mövzuya toxunarkən diqqətli olmalıyıq. Razıyam ki, problemlər var və diqqət yetirilməlidir.