Dmitri Medvedev və Binəli Yıldırım kitərəfli münasibətləri müzakirə edəcəklər. 
  Arannews- Rusiyanın baş naziri Dmitri Medvedev və türkiyəli həmkarı Binəli Yıldırım dekabrın 6-da Moskvada ikitərəfli münasibətləri müzakirə edəcəklər. bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.  
 “Dmitri Medvedev 2016-cı ilin dekabrın 6-da Rusiyada işgüzar səfərdə olacaq Türkiyənin baş naziri Binəli Yıldırım ilə görüş keçirəcək”, - məlumatda deyilir. 
Görüşdə hökumət başçılarının iqtisadi-ticarət və investisiya sahəsində qarşılıqlı fəaliyyəti vurğulayaraq Rusiya-Türkiyə münasibətlərinin əsas məsələlərini nəzərdən keçirəcəklər, energetika, sənaye, nəqliyyat və digər sahələrdə müştərək layihələri müzakirə edəcəkləri də bildirilib.