Tarix : 2016 Nov 17
Kod 50760

Dağlıq Qarabağda Qondarma Referendum

Dağlıq Qarabağın adı dəyişdirilir !!!
Arannews- Qondarma “Dağlıq Qarabağ Respublikası”nda (Qondarma DQR) adının “Artsax respublikası”na dəyişdirilməsini nəzərdə tutan yeni konstitusiyanın layihəsi müzakirə edilir.
layihənin ictimai müzakirəsinin noyabrın 20-nə bitirilməsi, daha sonra isə onun referenduma çıxarılması nəzərdə tutulub. 
Parlamentin spikeri Aşot Qulyanın sözlərinə görə, qondarma Qondarma “DQR”-in konstitusiyasında prezident idarə formasının mərkəzləşdirilməsi nəzərdə tutulur. 
2006-cı ildə qəbul edilmiş konstitusiyaya görə, hazırkı idarə forması yarımprezident formasıdır. 
Hər iki konstitusiya Dağlıq Qarabağ və Artsax adlarının istifadəsinə yol verir. Cari konstitusiyadan fərqli olaraq yeni konstitusiyanın layihəsində birinci bənddə “Artsax respublikası” yazılıb. 
Qondarma DQR konstitusiyasının dəyişdirilməsi barədə Ermənistanda hakimiyyət formasının dəyişdirilməsi prosesindən bir qədər əvvəl danışmağa başladılar. 
Ermənistan konstitusiyasının dəyişdirilməsi üzrə kampaniya kütləvi etiraz aksiyaları ilə müşayiət edilirdi. Müxalifət nəticələrin saxtalaşdırılmasında ittiham edərək konstitusiyanın dəyişdirilməsinin məqsədi Serj Sarkisyanın hakimiyyətinin müddətinin uzadılması olduğunu iddia edib. 
Yeni konstitusiya öna öz hakimiyyətinin parlament sədri, baş nazir və Ermənistan Respublikası partiyasının rəhbəri vəzifəsində öz hakimiyyətini qoruyub-saxlamaq imkanı verəcək.


  • Yazılıb
  • da (də) 2016 Nov 17
  • Göndərən مدير سايت Aran News