Tarix : 2016 Nov 17
Kod 50761

Azərbaycanda hər gün 138 nəfər iş yerini itirir

2016-cı ilin 9 ayı ərzində ölkədə 37,2 min iş yeri bağlanıb.
Arannews- Azərbaycanda hər gün orta hesabla 138, hər ay isə 4134 nəfər iş yerini itirir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkədə 37,2 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 76,2 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bağlanan iş yerlərinin 64 faizi fərdi sahibkarlıq subyektlərinin, 17 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 19 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub. Bu isə o deməkdir ki, Azərbaycanda hər gün orta hesabla 138 nəfər, hər ay isə 4134 nəfər iş yerini itirir.
İqtisadçı Qubaq İbadoğlu bu məlumatları təhlil edib. 
İqtisadçı deyir ki, əsas 3 məqama diqqət yetirmək lazımdır. Əvvala, iş yerlərinin bağlanmasını əks etdirən rəsmi məlumatlar mövcud gerçəkliyi tam və düzgün göstərə bilmir, çünki, bir çox müəssisələr və fərdi sahibkarlar bağlanmış iş yerlərinə dair hesabatlarını vaxtında təqdim etmirlər:
 “İkincisi, işləyənlərin heç də hamısı rəsmi uçota düşmədiyindən, gizli məşğulluq mövcud olduğundan qeydiyyatdan kənar çalışanların işinin bağlanması ilə bağlı məlumatlar Dövlət Statistika Komitəsinin hesabatında əks etdirilmir. Nəhayət, iş yerlərinin bağlaması dinamikası hər ay artımla müşahidə olunur. Bu tendensiya mövsümi işlərlə əlaqədar olaraq payız-qış fəslində daha da güclənir. Bu halda gələcəkdə iş yerlərini itirənlərin sayı daha da arta bilər. Odur ki, işinizdə diqqətli və məsuliyyətli olun, çalışın ki, onu itirməyəsiniz”.


  • Yazılıb
  • da (də) 2016 Nov 17
  • Göndərən مدير سايت Aran News