Tarix : 2016 Nov 17
Kod 50762

Azərbaycanda Qiymətlər artıb ama pensiyalar yüksəlməyib

Azərbaycan Respublikasında Qiymətlərin artımı ilə müqayisədə əmək haqları, pensiyalar yüksəlməyib. Buna görə əhalinin vəziyyəti sürətlə pisləşir.
Arannews- «Manatın çöküşü ərzaq məhsullarının qiymətinə necə təsir edəcək?» sualını Azərbaycanlı iqtisadçı-ekspert Nemət Əliyev cavablandırıb.
N.Əliyev deyir ki, Mərkəzi Bank sonunu fikirləşmədən manatın sürətlə dəyərdən salınmasına qərarı verib: «Amma gərək bu qərar qəbul edilməmişdən öncə müəyyən qabaqlayıcı addımlar atılsın ki, qiymətlər sürətlə bahalaşmasın, əhalidə olan vəsait sürətlə dəyər itirməsin».
Ekspert vurğulayır ki, faktiki bu ilin əvvəlindən indiyə qədər qiymətlər kəskin artıb. Qiymətlərin artımı ilə müqayisədə əmək haqları, pensiyalar yüksəlməyib. Buna görə əhalinin vəziyyəti sürətlə pisləşir: «Mərkəzi Bank məsələnin bu tərəfini nəzərə almır. Hətta onu da nəzərə almır ki, milli valyutanın sürətlə dəyər itirməsi ölkə iqtisadiyyatının manatla kreditləşməsinin qarşısını alır».
Ekspert həm yerli, həm də xarici investisiyanın ölkədən sürətlə kənara çıxdığını bildirir.
N.Əliyevin fikrincə, manat o dərəcədə dəyərini itirib ki, ölkədə bizneslə məşğul olmaq mənasız peşəyə çevrilib. Yazıda qeyd edilir ki, qiymət artımı bundan sonra da davam edəcək.


  • Yazılıb
  • da (də) 2016 Nov 17
  • Göndərən مدير سايت Aran News