Tarix : 2016 Nov 19
Kod 50764

Türkiyəyə qarşı 63 ölkə ittifaq qurdu – BÖYÜK MÜHARİBƏ

ABŞ rəhbərliyi “YPG Münbiçdən çəkiləcək” bəyanatları həqiqəti əks etdirmir.
“Hürriyyət” nəşri xəbər verir ki, bu haqda türk hərbi mənbələri bildirirlər.
YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) əksinə, Münbicin qərbindəki səkkiz kəndi İŞİD-dən alaraq strateji Əl-Baba doğru həm şərq, həm də qərb istiqamətindən irəliləyir. Beləliklə, Fərat çayının qərbindəki Afrin və Münbiçi birləşdirməyi planlaşdıran təşkilat iki bölgə arasında körpü rolunu oynayan Əl-Babın 9,8 kilometrliyinə yaxınlaşıb.
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) isə Əl-Babın mərkəzinə 2 kilometrə qədər yaxınlaşıb.
Eyni zamanda, Dəməşq rejimi də Əl-Babı ələ keçirməyi planlaşdırır. Məhz bu səbəbdən Türkiyə qırıcılarının Suriyanın şimalında hava əməliyyatları həyata keçirməsinə mane olur.
Türkiyənin “Star” nəşrinin yazdığına görə, Əl-Baba yaxınlaşan ASO-nun qarşısını almaq üçün İŞİD, PYD, “Hizbullah”, Dəməşq və ABŞ ittifaq qurub. Dörd ildir Əl-Babın İŞİD-in əlində olmasına səsini çıxarmayan Bəşər Əsədin qüvvələri və “Hizbullah” döyüşçüləri Suriyanın qərbi və cənubundan, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın (63 ölkədən ibarətdir) dəstəklədiyi PYD isə Suriyanın şərqi və şimali-şərqindən Əl-Baba doğru irəliləməyə başlayıb.
Dəməşqdən verilən rəsmi açıqlamalarda bildirilir ki, Suriya ordusu və müttəfiqləri Türkiyəyə bağlı güclərin Əl-Baba hücum etməsinə icazə verməyəcək. ABŞ Müdafiə Nazirliyindən dünən verilən açıqlamada da ASO-nun Əl-Bab əməliyyatına dəstək vermədiyi açıqlanıb.
PYD-nin də təmsil olunduğu Demokratik Suriya Güclərinin (DSG) şimaldakı irəliləyişi davam edir. Əl-Bab bölgəsində 10 kəndi İŞİD-dən alan təşkilat Afrin və Kobani kantonlarının birləşməsinə 12 kilometr qaldığını açıqlayıb. 
  • Yazılıb
  • da (də) 2016 Nov 19
  • Göndərən مدير سايت Aran News