Xalqların Demokratik Partiyasının (HDP) başqanı, kürdlərin lider olaraq qəbul etdiyi Səlahəddin Dəmirdaşın Fətullah Gülənlə birgə dövlət çevrilişi planları ortaya çıxıb.
“AranNews”-un verdiyi məlumata görə, bu barədə məlumat Türkiyə xüsusi xidmət orqanlarının hazırladığı hesabatda yer alıb.
Hesabatda qeyd olunur ki, Səlahəddin Dəmirdaş və Fətullah Gülən Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) hökumətini devirmək üçün 6 il kuryer vasitəsi ilə bir-birləri ilə gizli danışıqlar aparıb.
Hesabatda deyilir ki, HDP 15 iyul hadisələri öncəsi Türkiyədə terror hücumları təşkil etməklə bağlı PKK-ya təlimat göndərib:
“Həmin təlimatdan sonra isə Türkiyənin bir sıra bölgələrində PKK tərəfindən terror aktları təşkil olunub. Həmçinin, Fətullah Gülənin qardaşları olan Qütbəttin ve Məsih Gülən HDP üzvü Erhan Kahramanla İzmirdə bir araya gələrək çevriliş planını müzakirə ediblər. Bundan az sonra isə Səlahəddin Dəmirdaş və Gülənin adamı olan Sırrı Sakık telefonla danışıq aparıblar. Hətta, Fətullah Gülən HDP üzvü olan və PKK-nın terror hücumlarını dəstəkləyən Ərhan Qəhrəmana FETÖ daxilində “HDP-li tələbəmiz” adını da verib”. /Publika.az/