Arannews- İran və Azərbaycan Respublikası arasında media həmkarlıqlarının inkişaf yolları İranın Bakıdakı səfiri və Azərbaycan Respublikası Mətbuat Şurası üzvlərinin yığıncağında araşdırılıb.
IRIB-nin Bakı ofisinin məlumatına görə, IRNA-nın sərəncamçı müdiri Mohəmməd Xoddadinin iştirak etdiyi bu yığıncaqda İranın Bakıdakı səfiri Cavad Cahangirzadə iki tərəfin prezidentlərinin əzmkarlıqları və iradələri əsasında iki ölkənin mədəni ortaqlıqlarına və səmimi əlaqələrinə işarə edərək, deyib: Bəziləri iki ölkə əlaqələrinin genişlənməsini istəmirlər və medialar bu əlaqələrin genişlənməsində əsas rola malikdirlər.
O, islami ölkələrin, eləcə də xəzəryanı ölkələrin xəbər agentlikləri birliklərinin yaradılmasını dəstəkləyərək, iki tərəfin iqtisadi inkişaf sahəsindəki əməkdaşlıqlarını şərh edib.
İran səfiri Şimal-Cənub Koridoru layihəsinin icrası çərçivəsində iki ölkənin dəmiyolu xətlərinin qovuşmasına səy, İranın iştirakı ilə Azərbaycan Respublikasında avtomobil qayırma zavodunun tikilməkdə olması, İranın iştirakı ilə yaxın gələcəkdə Azərbaycan Respublikasında əczaçılıq zavodunun tikilməsi əməliyyatının başlanması, Bakıda xəstəxana inşasını və müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıqları bu həmkarlıqlardan adlandırıb və bu əməkdaşlıqlar sahəsində iki ölkə xalqlarının məlumatlandırılmalarında mediaların rolunu mühüm adlandırıb.
Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu yığıncaqda media əməkdaşlıqlarını açıqlayıb. İrana səfərinin nəticələrinə toxunan Amaşov xəzəryanı ölkələrin xəbər agentlikləri birliyi, eləcə də iki ölkənin sərhəd məntəqələri müxbirləri cəmiyyətinin işə salınmasına səy, ikitərəfli media konfranslarının keçirilməsi və jurnalistika ilə bağlı sahələrdə tələbə mübadiləsini media sahəsində iki tərəfin əməkdaşlıqları sahələrindən adlandırıb.
Bu yığıncaqda IRNA xəbər agentliyinin sərəncamçı müdiri Mohəmməd Xoddadi də müasir dövrdə ölkələrin inkişafında informasiyanın önəmini şərh edərək, iki ölkənin media həmkarlğını qarşılıqlı əlaqələrin digər sahələrdə genişləndirilməsinə bir zəmin hesab edib.
Yığıncağın davamında Azərbaycan Respublikası Mətbuat Şurası üzvləri iki ölkənin media həmkarlıqlarının inkişaf etdirilməsi ilə bağlı öz fikirlərini bildiriblər.