Tarix : 2016 Nov 21
Kod 50773

Xəzərin ab-havasının vəziyyəti sahəsində göstərilmiş son fəaliyyətlər araşdırılıb

İran , Azərbaycan, Rusiya, Türkmənistan və Qazaxıstana şamil olan xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə Bakıda Xəzərin ab-havasının vəziyyəti sahəsində göstərilmiş son fəaliyyətləri və bu dənizin suyunun səviyyəsini araşdırılıb.
Arannews- Xəzəryanı ölkələrin meteorologiya və hidrologiya təşkilatlarının nümayəndə və sədrləri Bakıda Xəzərin ab-havasının vəziyyəti sahəsində göstərilmiş son fəaliyyətləri və bu dənizin suyunun səviyyəsini araşdırıblar.
İran İslam Respublikası, Azərbaycan Respublikası, Rusiya, Türkmənistan və Qazaxıstana şamil olan xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən Xəzər dənizinin ekologiyasının qorunması, onun meteorologiya və hidrologiyası üzrə koordinasiya komitəsinin 21-ci iclasında, iştirakçılar Xəzərin ab-havasının vəziyyəti sahəsində göstərilmiş son fəaliyyətlər və bu dənizin suyunun səviyyəsi barədəki hesabatlarını təqdim ediblər. Onlar meteorologiya və hidrologiya informasiyaları sahəsindəki son proqnozlarını irəli sürərək, Xəzər dənizinin meteorologiya parametrləri və suyun səviyyəsi barədə proqnoz və monitorinq üzrə vahid bir sistemin yaradılması ətrafında fikir mübadiləsi aparıblar.
Xəzəryanı ölkələrin meteorologiya və hidrologiya əməkdaşlığı razılaşmasına əsasən, Xəzərin suyunun səviyyəsi, eləcə də meteorologiya və hidrologiyasının proqnoz edilməsi və monitorinqi üzrə vahid regional sistemin 2014-2015-ci illərdə yaradılması bu iclasda bəhs olunan əsas mehvərlərdən olubdur.
İran İslam Respublikasının nümayəndə heyətilə bu iclasda iştirak etmiş İranın Meterologiya Təşkilatının Okean və Atmosfer Elmləri Mərkəzinin baş direktoru Behzad Layeqi Xəzər dənizinin meteorologiya parametrləri, suyun səviyyəsinin proqnozu və monitorinqi üzrə vahid bir sistemin yaradılmasının önəmi haqda deyib: İqtisadi və balıqçılıq  fəaliyyətləri, həmçinin əmtəə mal tranzitindəki roluna əsasən, Xəzər dənizi onun su səviyyəsinin mütəhərrikliyi, ekologiyanın qorunması və təhlükəsizlik baxımından xəzəryanı ölkələrin diqqət mərkəzində durur və bu sistemin yaxın perspektivlərdə yaradılması gəmiçilik kimi fəaliyyətlər üçün, uzaq perspektivdə isə bu dənizin sahillərinin proqramlaşdırılması ilə bağlı fəaliyyətlər üçün yüksək əhəmiyyətə malikdir.
İki ildən bir keçirilən bu ikigünlük iclasın sədrliyi Qazaxıstan nümayəndəsinin üzərinə düşürdü və Qazaxıstanda keçiiriləcək.
İran İslam Respublikası xəzəryanı ölkələrdən biri kimi daim Xəzərin ekologiyasının hərtərəfli qorunması vacibliyini, həmçinin bütün sahilyanı ölkələrin həmkarlığı ilə bu dənizdə hidrologiya və meteorologiya sahəsində həmkarlığa təkid edir.


  • Yazılıb
  • da (də) 2016 Nov 21
  • Göndərən مدير سايت Aran News