Mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbili ötən gün səhər infarkt keçirib və Tehranın Lalə xəstəxanasına yerləşdirilib.
  “AranNews”-un verdiyi məlumata gorə, İranın Tibb elmləri üzrə Universitetinin rekatoru Seyid Cavad Mirismaili Ayətullah Musəvi Ərdəbilinin bazar ertəsi yerli vaxtla saat 2:00 radələrində Tehranın Lalə xəstəxanasında yatırıldığını təsdiqləyib. 
C.Mirismaili deyib ki, Ayətullah Musəvi Ərdəbili xəstəxanada yerləşdirildikdən sonra vəziyyəti normallaşsa da, daha sonra saat 05:00 radələrində vəziyyəti ağırlaşıb və hazırda koma vəziyyətindədir. 
O deyib ki, hazırda təcrübəli həkim briqadası Ayətullah Musəvinin səhhətinə nəzarət edir.  
Ayətullah Əbdülkərim Musəvi Ərdəbili ötən gün səhər infarkt keçirib və Tehranın Lalə xəstəxanasına yerləşdirilib. /İRNA.IR/