Misir prezidenti Əbdül Fəttah Sisiyə qarşı iki sui-qəsd hazırlanıb. 
  “AranNews”-un verdiyi xəbərə görə, bu barədə məlumatı Misirin baş prokuroru Nabil Sadiq yayıb. “İki terror qruplaşması Misir prezidentinə qarşı sui-qəsd hazırlayıb. 
Bu terror qruplaşmaların biri Misirdə, digəri isə Səudiyyədə fəaliyyət göstərir. Misir prezidentinə qarşı Ümrə ziyarətində sui-qəsd hazırlanıb. 
Sisi gələn il Ümrə ziyarətini yerinə yetirməli idi. Digər sui-qəsdi də keçmiş Misir polisləri hazırlayıblar".Xatırladaq ki, Əbdül Fəttah Səid Hüseyn əs-Sisi 3 iyul 2013-cü ildə Misirin seçilmiş prezidenti Muhəmməd Mursinin devrilməsində mərkəzi rolu oynamışdır. 8 iyun 2014-cü ildən Misirin altıncı prezidentidir. /Deyerler.org/