Misir parlamentindəki dini işlər komitəsinin sədri Usamə əl-Abdın şiə müsəlmanlar haqqında önə sürdüyü iddialar xalqın reaksiyasına səbəb olub.
“AranNews”-un verdiyi məlumata gorə, Şiələrin Misirdə azlıq olduğunu önə sürən Usamə əl-Abd "Onların Misirdə yeri yoxdur. Şiələr planlarını həyata keçirmək üçün kömək edəcək kimsəni tapa bilməyəcəklər", - deyib. Şiələri deyil, ancaq Əhli-Beyti sevdiklərini irəli sürən Usamə əl-Abd şiələrin bu ölkə üçün təhlükəli olduğunu söyləyib.
Misir parlamentindəki dini işlər komitəsi katibi Ömər Hamruş da mövzuyla bağlı verdiyi şərhdə "Şiəliyə dəvət edən birinin məqsədi fitnə yaratmaq və dövləti zəiflətmək üçün xarici ölkələrin planlarını həyata keçirməkdir. Misirdəki dini təşkilatlar bu mövzuda diqqətli olmalıdır.
Şiə təsirinə qarşı mübarizə üçün Vəqflər Nazirliyi Misirdə gələn həftəki cümə namazının xütbətlərində bu mövzuya yer verməlidir", - deyə qeyd edib. "Şiələr, mürtəd və sekulyarlar üçün Misirdə yer yoxdur", - deyən Ömər Hamruş şiələrin əsla Misirdəki dövlət orqanlarına nüfuz edə bilməyəcəyini söyləyib. /IQNA/