Məşhur Əhli-Beyt (ə) məddahı Ustad Səlim Müəzzinzadə Ərdəbili bu gün səhər 80 yaşında vəfat edib.
“AranNews”-un verdiyi məlumata gorə, məşhur məddah, 1936-cı ildə Ərdəbil şəhərində dünyaya gəlib. Növhələrinin çoxunu azərbaycan dilində yazıb.
S.Müəzzinzadə ömrünü Əhli-Beyt (ə) məddahlığına sərf edib. Ondan 2 mindən çox növhə və mərsiyyə qalıb. Müəzzinzadə Azərbaycan dili ilə yanaşı həm də Fars və Ərəb dilində də mərsiyyə və növhələr oxuyub. “Zeynəb Zeynəb” mərsiyəsi S.Müəzzinzadənin şah əsəri hesab olunur.
O, görkəmli müəzzin Rəhim Müəzzinzadə Ərdəbilinin qardaşıdır. Atası Əbdülkərim Müəzzinzadə Ərdəbilidə İran radiosunun ilk müəzzini idi. Onun qardaşı Rəhim Müəzzinzadə səsləndirdiyi azanıyla islam dünyasının müəzzini olmuşdu. Bayatı-Türk üzərində oxuduğu məhşur azanı uzun illərdir məscid minarələrindən ucalır.
Qeyd edə ki, S.Müəzzinzadə İran İslam Respublikası prezidenti tərəfindən "Milli Mədəniyyət Nişanı" ilə təltif edilib. /asriran.com/