Arannews- İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki,İran Dağlıq Qarabağ münaqişəsinin həllinə istənilən şəkildə kömək etməyə hazırdır.
səfir qeyd edib: İran İslam Respublikasi bəyan edir ki, münaqişənin həllinə istənilən şəkildə kömək etməyə hazırdır. Bu müharibə bu regionun xeyrinə deyil. İşğalın regionda stabilliyə mənfi təsir etməsinə heç bir şübhə yoxdur. Biz sərhədlərimizin sülh sərhədi olmasını istəyirik. İran Azərbaycan xalqı üçün əlindən gələni etməyə hazırdır və istəyir ki, qonşusu rahat yaşasın. Azərbaycanın istənilən istəyinə İran müsbət cavab verməyə hazırdır."