Tarix : 2016 Nov 22
Kod 50783

“İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü Tehranda keçirilə bilər”

İran XİN-nin sözçüsü: "üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir"
Arannews- “İran, Azərbaycan və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib.        
B. Qasımi bildirib ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir: “Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna bilər”.
O əlavə edib ki, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir.


  • Yazılıb
  • da (də) 2016 Nov 22
  • Göndərən مدير سايت Aran News