Tarix : 2016 Nov 23
Kod 50787

Azərbaycan vətəndaşları gömrük məmurlarından razı deyillər

Azərbaycan vətəndaşları ölkələrinin gömrük məmurlarından razı deyillər. Bu sahədə hansı həll yolları mövcuddur?
Arannews- İranın daxili işlər naziri vurğulayıb: İran və Azərbaycanın mövcud potensiallarından maksimum şəkildə bəhrələnmək lazımdır.
Ötən həftələr və günlərdə Azərbaycan Respublikası vətəndaşlarının İrana daxil olmalarının artmasına görə, xüsusən Astara gömrüyü böyük izdihamla üzləşib və bu izdihamda Azərbaycan Respublikası Astarasında bir nəfər həyatını itirib. İranın daxili işlər naziri ilə belə bir sualı ortaya qoydum: Azərbaycan Respublikası vətəndaşları giriş nöqtələrinin artırılmasını, eləcə də İrandan girişin asanlaşdırılmasına daha çox yardım etməsini istəyirlər. Onlar öz ölkələrinin gömrük məmurlarından razı deyillər. Bu sahədə hansı həll yolları mövcuddur?
Rəhmani-Fəzli belə vurğuladı: Bizim proqramlarımızda qonşularımızla əlaqələrin gücləndirilməsi əsas götürülür. Bu, İran İslam Respublikası quruluşunda qəbul edilmiş və üstünlük təşkil edən bir prinsipdir və Azərbaycan Respublikası kimi qonşularla bir çox ortaqlıq və keçmişə malik olduğumuza və iki tərəfdə əlaqələrin genişlənməsi üçün bir çox maraqların, eləcə də çoxlu sayda mədəni və siyasi imkanların olmasına rəğmən, indiyədək əlaqələri gücləndirə bilməmişik. Şübhəsiz, səhlənkarlıq etmişik.
İranın daxili işlər naziri Azərbaycan Respublikasına olmuş son səfərinə toxunaraq, deyib: Azərbaycan Respublikasında İranla müxtəlif mübadilələr və gediş-gəlişlər üçün xalqın böyük şövqə malik olduğunu müşahidə etdim. Bu sahədə müstəqil komitələr də yaradılıb. Sərhəd məntəqəsində də əlaqədar məsul şəxslər səy göstərirlər. Mən də həmkarlarıma tapşıracağam, gömrük məsələsini araşdırsınlar ki, izdiham və girişlərin asanlaşdırılması məsələsi də izlənilmiş olsun.
Yaranmış fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının sərhəd bölgələrində yaşayan əhalisinin Muğan gömrüyündə Azadlu gömrüyü və sərhədinin açılması üzrə xahişini daxili işlər naziri ilə ortaya qoyaraq, Azərbaycan Respublikası vətəndaşları üçün bir cavab verməsini istədim.
O, deyib: Azadlu sərhədinin yenidən açılması və Aslanduz sərhədi haqda da işçi qrupunda məsələ qaldırılıb və araşdırmalardan sonra bu sərhəd açılacaqdır.
Amma Germi sərhədi barədə hər şey hazırdır və tərəflərin iradəsini tələb edir. Buna görə, iki ölkənin iradəsi və koordinasiyasını gözləmək lazımdır.

  • Yazılıb
  • da (də) 2016 Nov 23
  • Göndərən مدير سايت Aran News