Arannews- Azərbaycan iqtidarının müxalifətə düşmən münasibətini gördünüz? Səhifəmdə hacı Taleyin sözlərini paylaşmışam. Ona 3 gün, 3 gecə ağır işgəncə veriblər ki, Milli Şuranın, Cəmil Həsənlinin və mənim əleyhimə ifadə versin. Bizləri də Nardaran işinə bağlamaq istəyirlərmiş. Hacı Tale sağ olsun ləyaqətli davranışına görə. Hökumətin bizə qarşı etdiyi isə birbaşa cinayət əməlidir. Öz əllərimizlə qurduğumuz dövlətin hökuməti bizə qarşı düşmənçilik edir. Vətəndaşlarımız bilməlidir ki, bu ölkədə müxalifətlə normal rəqabətə bacarığı olmayan, məqsədə çatmaq üçün isə hər cür cinayətə əl atmağa hazır olan iqtidar və hər gün həbs olunmaq, ya da öldürülmək təhlükəsilə yaşayan, amma həqiqətlərdən, dəyər və prinsiplərindən əl çəkməyən müxalifət var.